AZ

Pato İngiltərə klubunu alır - RƏSMİ

Braziliya millisinin keçmiş hücumçusu Aleşandre Pato peşəkar futbola investor kimi qayıda bilər. 

Fanat.Az xəbər verir ki, o, İngiltərənin İkinci Liqa təmsilçisi "Kolçester"in səhmlərinin nəzarət paketini əldə etmək niyyətindədir.

Məlumatı sözügedən klubun rəsmi saytı yayıb. Bildirilib ki, Pato klubun nəzarət səhm paketini almaq üçün danışıqlar aparır. Pato son vaxtlar komandanın oyunlarında müntəzəm olaraq iştirak edir və bu da mümkün müqaviləyə marağı daha da artırıb. Denni Koulinin rəhbərliyi altında komanda müsbət temp nümayiş etdirir və Birinci Liqaya yüksəlməyi hədəfləyir.

Pato oyunçu karyerası ərzində "Milan", "İnternasional", "Korintians", "San Paulo", "Tianjin Teda", "Vilyarreal", "Orlando Siti" və Londonun " Çelsi" kimi bir sıra məşhur klublarda oynayıb.

Seçilən
10
1
fanat.az

3Mənbələr