AZ

Türkiyə Ermənistana 10 milyon dollar yardımın ayrılması barədə xəbərləri təkzib edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə yardım etməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır.

"İctimaiyyəti ölkəmizə və Türkiyə-Azərbaycan münasibətlərinə qarşı yönəlmiş dezinformasiyaya etibar etməməyə və yalnız rəsmi qurumların açıqlamalarını nəzərə almağa çağırırıq. Türkiyə Azərbaycan xalqı və dövləti üçün həssas məqamları nəzərə alır. İctimaiyyəti Azərbaycan və Türkiyə münasibətlərində böhran yaratmaq xarakterli paylaşımlara etibar etməməyə çağırırıq", - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr