ain.az, Demokrat.az saytına istinadən bildirir.
Tovuz rayonunda 1985-ci il təvəllüdlü Ramil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nigara (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 16-də rayonun kəndlərindən birində baş verib. Ramil həmin gün, gecə saat 3 radələrində yaşadığı evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruq və təpik zərbələri ilə qeyri-rəsmi arvadı Nigarın baş, bədin nahiyələrinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Nigarla bir ildir ki, evliyik, uşağımız yoxdur. Bizim aramızda bir neçə dəfə mübahisələrimiz olub. Amma sonradan barışmışıq. Oktyabrın 15-də mənim ad günüm olub. Mən ailə üzvlərim ilə birlikdə yaşadığım evdə yemək yeyib, spirtli içki qəbul etdik. Həmin vaxt evdə valideynlərim olub. Axşam saatlarında anam və atam bacımın evinə getdilər. Mən spirtli içki qəbul edərək sərxoş olmuşdum. Daha sonra Nigarla söhbət etməyə başladım. Söhbət zamanı Nigar sözlərimə kobud cavab verdi. Ona bir neçə dəfə normal danışmasını bildirsəm də, o, kobud rəftar etməyə davam etdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, okyuabrın 16-da, gecə saat 3 radələrində onların aralarında yaranan anlaşılmazlıq səbəbindən Nigarı əl və ayaq zərbələri ilə bir neçə dəfə vurub: “Mən Nigarı döyəndən sonra yatdım. Həmin vaxt evdə heç kim olmayıb və hadisəni görməyib. Baş vermiş münaqişə təxminən 15-20 dəqiqə davam etdi. Hazırda əməlindən peşmançılıq hissi keçirmişəm. Nigarla barışaraq bir evdə yaşayırıq. Onun mənə qarşı şikayəti yoxdur”. Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkənlə barışıq əldə etməsini nəzərə alıb.
Bu səbəbdən də Ramilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.