BAKI, 27 yanvar. TELEQRAF
2025-ci ildə 18 mindən çox vətəndaş peşə hazırlığına cəlb olunub.
Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentliyin ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, peşə hazırlığı ilə bağlı 18 min vətəndaşın böyük əksəriyyəti xanımlar olub.
"11 mindən çox xanım peşə hazırlığına cəlb edilib", - o vurğulayıb.