AZ

Gideon Saar: İsrail Qazaxıstanın "İbrahim sazişləri"nə qoşulmasını alqışlayır

İsrail Qazaxıstanın "İbrahim sazişləri"nə qoşulmasını alqışlayır.

"Report"un yerli bürosunun məlumatına görə, bunu İsrailin xarici işlər naziri Gideon Saar Astanada qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə danışıqların yekunlarına dair bildirib.

"Biz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin "İbrahim sazişləri"nə qoşulmaq qərarını alqışlayırıq. Qazaxıstan bu addımı atan ilk Mərkəzi Asiya ölkəsi olub", - G.Saar qeyd edib.

Nazir İsrailin ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə planını (Qazaxıstanın da qoşulduğu - red.) dəstəklədiyini vurğulayıb.

Onun sözlərinə görə, planın həyata keçirilməsi həm İsrailin təhlükəsizliyi, həm də Qəzza zolağının daha yaxşı gələcəyi üçün zəruridir.

G.Saar HƏMAS və "Hizbullah" kimi radikal qruplaşmaların bölgədə tərk-silah edilməsinin vacibliyini də söyləyib:

"Tərk-silah olmadan can atdığımız regional sabitlik olmayacaq".

Seçilən
39
far.az

1Mənbələr