Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 29,8 % təşkil edib.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,1 faiz bəndi azdır.
Hesabat dövründə Fondun investisiya portfelində səhmlərin payı isə 1 faiz bəndi azalaraq 25,6 %-ə düşüb.
Əvəzində portfeldə qızılın payı 20,6 %-dən 38,2 %-ə, daşınmaz əmlakın payı isə 5,9 %-dan 6,4 %-ə yüksəlib.