AZ

Aktiv məşğulluq tədbirlərinin təşkili əsas qayəmizdir - HASİL ABBASOV

"Aktiv məşğulluq tədbirlərinin təşkili və agentliyin fəaliyyətinin təbliği əsas qayəmizdir. Bu, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsini təmin etmək, işsizlikdən sığorta haqqının ödənilməsini həyata keçirmək, əmək məşğulluğu ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərmək və nəzarəti təmin etmək kimi istiqamətləri əhatə edir".

SİA xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov deyib.

O qeyd edib ki, fəaliyyətimizdə əsas normativ baza Azərbaycan Respublikasının Konstitusiyası, Məşğulluq haqqında Qanun, İşsizlikdən Sığorta haqqında Qanun, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları və Nazirin Kollegiya qərarlarıdır: "Biz, qeyd etdiyimiz kimi, aktiv məşğulluq tədbirlərinin təşkili, gələcəyin əmək bazarına hazırlıq, peşə yönümü və sosial tərəfdaşlarla əməkdaşlıq kimi fəaliyyətləri həyata keçiririk. Bu fəaliyyətlər çərçivəsində agentlik, mandatına uyğun olaraq qarşıya qoyulmuş vəzifələri icra edir".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
56
sia.az

1Mənbələr