Rusiya ordusu Ukraynanın Xarkov və Zaporojye vilayətlərində yaşayış məntəqələrini nəzarətə götürüb.
7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov açıqlama verib.
Məlumata görə, Rusiya qoşunları Xarkov vilayətində Kupyansk-Uzlovoy və Zaporojye vilayətində Novoyakovlevka yaşayış məntəqələrini nəzarət altına alıblar.