AZ

Dövlət Neft Fondunun büdcədənkənar gəlirləri 13 dəfəyədək artıb

Bakı, 27 yanvar, AZƏRTAC

2025-ci ilin yanvar–dekabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ümumi gəlirləri 37 milyard 594,4 milyon manat təşkil edib.

AZƏRTAC ARDNF-nin 2025-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə fondun büdcə gəlirləri 4,9 faiz azalaraq 17 milyard 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 12,8 dəfə artaraq 20 milyard 434 milyon manat olub.

Hesabata əsasən, büdcə xərcləri hesabat dövrü üzrə 14 milyard 627,2 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 13,4 faiz çoxdur.

Seçilən
43
1
azertag.az

2Mənbələr