AZ

Trampın İrana və onun siyasi rəhbərliyinə böyük zərbə vurması ehtimalı var

ABŞ Prezidenti Donald Trampın İrana və onun siyasi rəhbərliyinə böyük zərbə vurması ehtimalı var.

Missiya.Az xəbər verir ki, bu barədə "The Economist" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Tramp hələ yekun qərar verməmiş ola bilər. Lakin bəzi Körfəz rəsmiləri şəxsi söhbətlərində ABŞ-nin İrana kütləvi hücumunun ehtimal olunduğunu və Trampın İranın siyasi rəhbərliyini hədəf alacağını söyləyirlər", - deyə vurğulanıb.

Qeyd olunub ki, İran açıq şəkildə təşviş içindədir və keçən ilki eskalasiyadan fərqli olaraq, Amerikanın istənilən hücumunu tam müharibə kimi qiymətləndirəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr