AZ

“Qarabağ”ı gözləyən “Liverpul”da gərginlik: Sabiq futbolçusu klubu tənqid etdi

İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karraгер İngiltərə Premyer Liqasının 23-cü turunda “Bornmut”a 2:3 hesabı ilə məğlubiyyətdən sonra “mersisaydlıları” tənqid edib.

İdman.Biz xəbər verir ki, o bu barədə “Sky Sports”a müsahibəsində deyib.

“Bu, Premyer Liqa səviyyəsinə uyğun olmayan komandadır. “Mançester Yunayted” və “Liverpul”un nəticələrinə baxsaq, “Liverpul” Çempionlar Liqası zonasından kənarda qala bilər. Bu məni narahat edir. Komandanın baş məşqçisinə ciddi suallar yarana bilər”, – deyə C.Karrager vurğulayıb.

İngiltərə Premyer Liqasında keçirilən 23 turdan sonra Arne Slotun rəhbərlik etdiyi “Liverpul” 36 xal toplayaraq turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Liverpul” hazırda beşinci yerdə olan Londonun “Çelsi” klubundan cəmi bir xal geri qalır.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunun “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Qarabağ” yeddi oyundan sonra 10 xalla Çempionlar Liqasında 18-ci pillədə qərarlaşıb. “Liverpul” isə 15 xalla dördüncü yerdədir.

İdman.Biz
Seçilən
14
1
idman.biz

2Mənbələr