AZ

Nipah virusunu vaxtında müəyyənləşdirməyin yolları

"Nipah virusunun inkubasiya dövrü 45 günə qədər davam edə bilər, bu isə o deməkdir ki, Hindistanda yoluxmuş şəxs ölkəsinə qayıtdıqdan sonra burada artıq xəstəliklə üzləşə bilər".

Bu sözləri rusiyalı terapevt həkim Nadejda Çernışova "Moskva 24"ə müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, Nipah virusundan şübhələndikdə son səyahətlər barədə həkimi mütləq məlumatlandırmaq lazımdır ki, məqsədyönlü müayinələr aparılsın.

Çernışova vurğulayıb ki, xəstəliyi keçirənlərin təxminən 20%-də nevroloji fəsadlar qalır: xroniki başağrıları, şüurun pozulması, görmə problemləri, əzələ zəifliyi və ya qıcolmalar.

İmmunoloq həkim Nikolay Kryuçkov "Veçernyaya Moskva"ya açıqlamasında bildirib ki, Nipah virusunun diaqnostikası çətindir və ölüm göstəricisi yüksəkdir. O xatırladıb ki, xəstəlik zoonozdur, yarasalar və ya donuzlarla təmas zamanı, onların ifrazatları ilə çirklənmiş qida və içkilər vasitəsilə, həmçinin yaxın təmas zamanı insandan insana ötürülə bilər.

Xəstəliyin ilkin mərhələsində simptomlar klassik kəskin respirator virus infeksiyası ilə üst-üstə düşür ki, bu da vaxtında diaqnostikanı daha da çətinləşdirir. Sonrakı mərhələlərdə isə xəstəlik beyin və tənəffüs sistemini zədələyərək epileptik tutmalar, psixi dəyişikliklər, nitq və hərəkət pozuntuları, iflic, görmə problemləri və qıcolmalara səbəb olur.
Seçilən
28
7news.az

1Mənbələr