İsrailin xarici işlər naziri Saarın sözlərinə görə, İsrail və 🇺🇸 ABŞ-nin birgə hərəkətləri İranın nüvə ambisiyalarını məhdudlaşdırıb və regionu daha təhlükəsiz hala gətirməyə kömək edib.
Vətəninfo.az xəbər verir ki, nazir vurğulayıb ki, İslam Respublikasının heç bir halda “dünyanın ən təhlükəli silahı” olan nüvə silahı əldə etməsinə icazə verilməməlidir.
İranı bürüyən kütləvi etirazları şərh edən Saar qeyd edib: “Hazırda ayətullah rejimi azadlıq uğrunda mübarizə aparan öz xalqını vəhşicəsinə öldürür və əzir… İran ağlasığmaz miqyasda kütləvi qırğınlar yaşayır… Əgər onlar bunu öz xalqına edirlərsə, başqa ölkələrə də bunu etmələri necə gözlənilə bilər?”