Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət NeftFondunun (ARDNF) investisiya portfelinin 25,9%-ni Avropayayatırılan investisiyalar təşkil edib.
Trend bubarədə Fonddan məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faizbəndi azdır.
Bununla yanaşı, cari ilin yanvarın 1-nə Fondun investisiyaportfelinin 23,9%-ni Şimali Amerikaya (ötən ilin eyni dövrü iləmüqayisədə 4,1 faiz bəndi az), 8%-ni Asiyaya (4,9 faiz bəndi az),1,4%-ni Yaxın Şərqə (0,8 faiz bəndi çox), 0,9%-ni Yeni Zellandiyavə Avstraliyaya (0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikaya(əvvəlki ilin eyni dövründəki göstərici ilə eyni) yatırılaninvestisyalar təşkil edib.
Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nəbərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,02 faiz bəndiaz).
Qızıla investisiyalar portfelin 38,2%-i, beynəlxalq maliyyətəşkilatlarına investisiyalar isə portfelin 1,6%-i qədər olub.