AZ

"İşçi Masası"nın üzvü Möhyəddin Orucovla bağlı qərar verilib

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun barəsində olan hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nazim Musayev çıxış edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Möhyəddin Orucovun ittiham olunduğu maddə 234.1-1-ci maddəyə tövsif edilərək o, qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
36
5
apa.az

6Mənbələr