Bakı, 27 yanvar, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini taladığını bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y. Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.