AZ

Əli Əsədov daha bir qərar imzaladı

Bir sıra normativ hüquqi aktlarda dəyişiklik ediləcək.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Mülki Məcəllədə, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarında edilən dəyişiklik hüquqi normativ aktlarda öz əksini tapacaq.

Bununla bağlı Ədliyyə Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının dəyişiklik edilmiş qanunlara uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Seçilən
0
publika.az

1Mənbələr