Bakı. Trend:
2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləritərəfindən 920,4 milyon manat sığorta təzminatı ödənilib.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd olunan dövrdə ən çox sığorta ödənişi "Paşa Həyat Sığorta”ASC tərəfindən həyata keçirilib – 561,1 milyon manat. İkinci yeri140,7 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yeri isə69,8 milyon manat göstərici ilə “Atəşgah Həyat” Sığorta Şirkəti"tutub.
2025-ci il üzrə sığorta ödənişlərinin həcminə görə Azərbaycanınsığorta şirkətlərinin renkinqini təqdim edirik:
Şirkətin adı | Məbləğ (min manat) |
“Paşa Həyat Sığorta” | 561,073 |
“Paşa Sığorta” | 140,665 |
“Atəşgah Həyat” Sığorta Şirkəti | 69,792 |
“Atəşgah” Sığorta Şirkəti | 40,469 |
“Qala Sığorta” | 27,067 |
“Meqa Sığorta” | 16,146 |
“Azərbaycan Sənaye Sığorta” | 13,143 |
“A-Qroup Sığorta Şirkəti” | 12,014 |
“Xalq Sığorta” | 10,883 |
“Aqrar Sığorta” | 9,156 |
“Xalq Həyat” Sığorta Şirkəti | 4,877 |
“Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 4,583 |
“Qala Həyat” Sığorta Şirkəti | 2,607 |
“AzSığorta” | 1,836 |
“İpək Yolu Sığorta” | 7,601 |