AZ

Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 24%-dən çox artıb

Bakı. Trend:

Ötən il özəlləşdirmədən dövlət büdcəsinə 135,3 milyon manatdaxil olub.

Trendİqtisadiyyat Nazirliyi yanında Əmlka Məsələləri Dövlət Xidmətinəistinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,4 milyonmanat və ya 24,2% çoxdur. Ümumilikdə isə dövlət əmlakınınözəlləşdirilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 123%həcmində təmin olunub.

Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58hərrac təşkil edilib. Ümumilikdə hərraclarda iştirak etmək üçün2.446 sifariş verilib. Hərraclarda iştirak etmək məqsədilə“Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulmaolub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbuledilib.

Dövlət əmlakının icarəyə verilməsi sahəsində də yüksəknəticələrə nail olunub. Belə ki, 2025-ci il ərzində 4.957 yeniicarə müqaviləsi bağlanılıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sıisə torpaq sahəsinə aiddir. Daşınmaz dövlət əmlakının icarəsindənötən il dövlət büdcəsinə daxilolmalar 46,2 milyon manat təşkiledib. Bu, 2024-cü illə müqayisədə 8,6 milyon manat və ya 23%çoxdur. Ümumilikdə isə hesabat dövründə daşınmaz dövlət əmlakınınicarəyə verilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 135.9 %həcmində təmin olunub.

Torpaqların idarə edilməsi, torpaqlardan istifadəyə və onlarınmühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dəişlər davam etdirilib. 2025-ci ildə ölkə üzrə ümumilikdə 25.964monitorinq keçirilib. Torpaq Məcəlləsinin tələblərini pozan fizikivə hüquqi şəxslər barəsində 1266 inzibati protokol yazılmaqla 585min manat cərimə tətbiq edilib.

Seçilən
87
az.trend.az

1Mənbələr