AZ

Əmlak Məsələləri Dövlət Xidməti ötən il 585 min manat cərimə yazıb

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Torpaq Məcəlləsinin tələblərini pozan fiziki və hüquqi şəxslər barəsində 1 266 inzibati protokol yazılmaqla 585 min manat cərimə tətbiq edib.

"Far.Az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ötən il torpaqların idarə edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində də işlər davam etdirilib, ölkə üzrə ümumilikdə 25 964 monitorinq keçirilib.

Seçilən
10
2
far.az

3Mənbələr