
8 yanvarda Təbrizdə həbs edilən tələbə Mehdi Kuhsari hələ də Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.
Gunaz.tv
Bu barədə "Amirkabir News" Telegram Kanalı məlumat verib.
Məlumata görə, Mehdi Kuhsari üç gün əvvəl ailəsi ilə görüşüb, ancaq o vaxtdan bəri ondan xəbər alınmayıb.
Tələbə xəbərləri paylaşan bu Telegram kanalı yazıb ki, indiyə qədər Təbriz Tibb Elmləri Universitetindən 8 tələbə həbs olunub, onlardan yeddisi girov müqabilində azadlığa buraxılıb, lakin Mehdi Kuhsarinin hələ də həbsdə olduğu bildirilir.
Həmçinin, bu xəbər portalına daxil olan xəbərlərə görə, Şərqi Azərbaycan Baş Kəşfiyyat İdarəsi son günlərdə bir çox tələbəni dindirib və bir çox tələbə təhlükəsizlik zəngləri və təzyiqlərlə üzləşib.