AZ

Magistral su kəməri partladı: Rayon mərkəzi və 6 kənd susuz qaldı

Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Qaraqocalı kəndi ərazisində, Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci kilometrliyində qeydə alınıb.

Qəza diametri 55 mm olan borunun partlaması nəticəsində baş verib. Əraziyə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmalar baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir. (Report)

 

 

Seçilən
50
10
nocomment.az

10Mənbələr