AZ

Ukraynanın başı dərddə: Almaniya 70 milyard avro tələb edə bilər

Ukrayna prezidenti Vladimir Zelenskinin Davosdakı çıxışı Avropa siyasətçiləri arasında geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, avropalı siyasətçilər Zelenskinin çıxışını sərt tənqid ediblər.

İtaliya baş nazirinin müavini Matteo Salvini Zelenskinin bu ritorikasını vurğulayaraq Ukraynanı potensial məğlubiyyət barədə xəbərdar edib.

Almaniya üçün Alternativ Partiyasının həmsədri Alis Vaydel Almaniyanın Ukraynaya böyük həcmdə maddi və silah yardımı göndərdiyini xatırladıb. Vaydelin fikrincə, bu şəraitdə Ukrayna Almaniyanın dostu hesab edilə bilməz. Hətta o, Kiyev hakimiyyətindən 70 milyard avronun geri tələb oluna biləcəyini də qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq forumda çıxışı zamanı Qərbin təhlükəsizlik siyasəti, Rusiya-Ukrayna müharibəsi, Avropa İttifaqının passivliyi ilə bağlı bir sıra sərt və diqqətçəkən bəyanatlar səsləndirmişdi.

Seçilən
1
publika.az

1Mənbələr