AZ

Kənddə nəhəng küp qəbirləri tapıldı FOTO

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Masallı rayonun Eminli kəndində son illər aparılan elmi tədqiqatlar öz müsbət nəticələri ilə diqqət çəkir. Kənddə aparılan təsərrüfat işləri zamanı aşkarlanan müxtəlif dövrlərə aid olan nəhəng küp qəbirləri Atropatenanın siyasi və mədəni əlaqələri haqqında , eləcə bizim eranın birinci əsrinə gedib çıxan elmi əsaslarla sübut olunan mühüm, daha maraqlı və əhəmiyyətli məlumatlar bildirir.

Eminli nekropolunda ilk küp qəbir 2022-ci ildə aşkarlanıb. Sonrakı illərdə aparılan araşdırmalar nəticəsində isə eyni ərazidə iki küp qəbir də üzə çıxıb. Hər üç küpün içində insan sümüyü qalıqları və müxtəlif maddi-mədəniyyət nümunələri olub. Maraqlısı odur ki, küplər onların daxilində dəfn edilmiş şəxslərin yaşına və bədən ölçülərinə uyğun formada hazırlanıb. Onlar cinsinə görə kişi, qadın və uşaq məzarlarıdır. Kişi məzarı 52 yaşlı şəxsə aid olub və diametri təxminən 170 santimetr olan iri küpdə yerləşir. Qız uşağına aid küp isə nisbətən kiçik ölçülüdür və 130–140 santimetr diametrindədir. Son aşkar edilən qadına dair olan küp məzarının ölçüsü isə kişiyə məxsus ilk tapıntıdan təxminən 10 santimetr kiçikdir. Deyilənlərə onu da əlavə edək ki, küplərin içərisində aşkarlanan skelet qalıqları Qafqaz irqinin cənub qoluna aiddir və buda bölgənin qədim etnik tərkibi ilə bağlı yeni elmi mülahizələrin yaranmasına əsas verir.

Hazırda hər üç nadir tapıntı Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır. Onlardan yalnız biri muzeyin ekspozisiyasında ziyarətçilərə nümayiş etdirilir. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirir ki, burada qorunan küp qəbirlərdən gil və müxtəlif su qabları, muncuqlar, kəmər bəndləri, tunc sırğalar, dəstəyi sümükdən olan bıçaq, xəncər, eləcə digər məişət əşyaları aşkar edilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
sesqazeti.az

2Mənbələr