AZ

Kürdəmirdə magistral su kəmərdə qəza 21 min sakin susuz qaldı

Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Ucnoqta.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qaraqocalı kəndi ərazisində, Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də qeydə alınıb.

Diametri 55 mm olan boru partlayıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmaları baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.

Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.

Seçilən
21
10
ucnoqta.az

10Mənbələr