AZ

Bakıda DƏHŞƏT: hakimin oğlu arvadını bıçaqlayıb özünü binadan atdı

Bakıda gənc oğlanın arvadını öldürməyə cəhd edib intihar etməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

***
00:25

“Qonşu binadan dünən gecə 35 yaşlı bir kişi özünü ataraq öldürüb. Özünə qəsd etməzdən əvvəl isə həyat yoldaşını bıçaqlayıb”.

Bu barədə müğənni Nura Suri paylaşım edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib.

34 yaşlı Emil Əliyev qısqanclıq zəminində həyat yoldaşına bıçaq xəsarəti yetirib. Daha sonra özünü binadan ataraq həyatına son qoyub.

Qeyd edək ki, E. Əliyevin atası Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevdir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Seçilən
15
3
turkustan.az

5Mənbələr