AZ

Yol faciəsi: Daha bir uşaq atasız qaldı – FOTO

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, Şəmkir–Şiştəpə kənd yolunda qeydə alınan qəza nəticəsində 34 yaşlı Vüsal Rüstəmli həyatını itirib. Hadisə zamanı onun avtomobildə olan 5 yaşlı oğlu Adəm müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Məlumata görə, qəzanın səbəbləri araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edək ki, mütəxəssislər yol hərəkəti qaydalarına əməl edilməsinin, xüsusilə sürət həddi, təhlükəsizlik kəmərindən istifadə və uşaqların avtomobildə təhlükəsiz daşınmasının vacibliyini bir daha vurğulayırlar.

Seçilən
13
nocomment.az

1Mənbələr