Bakı.Trend:
Bu ildən hotel, hostel, qonaq evi - hər birinə uyğun kriteryalarhazırlayıb sertifikatlaşdırılmasına başlayacağıq. Hazırda yenistandart üzərində işləyirik.
Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Turizm Bürosunun İdarə heyətininsədr müavini Rəşad Əliyev Azərbaycan Qonaqpərvərlik SahəsindəBağlantı Sammiti çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.
Qurum rəsmisi qeyd edib ki, minimum kriteryalara cavab verməyənyerləşmə vasitələri qeydiyyata alınmayacaq:
“Bu ilin sonuna kimi həmin standartın rəsmi dövlət standartıkimi qeydiyyata alınması üçün çalışacağıq. Məhz bu prosesdən sonrabütün yerləşmə vasitələri ilə bağlı həm audit, həm də təsnifatprosesi aparılmış olacaq”.
O vurğulayıb ki, əvvəllər hotellərin sertifikatlaşdırılmasıkönüllü xarakter daşıyırdı:
“Turizm haqqında” qanun qəbul edildikdən sonra otellərin ulduztəsnifatı məcburiləşib. Yeni standartın tətbiqini könüllü başlayıbdaha sonra “Turizm haqqında” qanuna əlavə etmək niyyətindəyik”.