AZ

AQTA yanında İctimai Şuraya növbəti seçkilər keçirilib - FOTOLAR

2026-cı il 23 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə seçki keçirilib. 

Səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə əsasən təşkilini, eyni zamanda tam şəffaf və ədalətli keçirilməsini təmin etmək məqsədilə, bütün lazımi sənədləri özündə ehtiva edən məlumat lövhələri, səsvermə qutusu və digər zəruri avadanlıqlarla təmin edilmiş seçki otağı hazırlanıb. 

Səsvermə prosesində qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib.

Səsvermənin nəticələrinə əsasən, namizədliyi irəli sürülmüş aşağıda adları qeyd olunan 7 namizəd  İctimai Şuranın üzvü seçilib.

1. Abbasov Pərvin Əkbər oğlu –     Media nümayəndəsi;
2. Zülfüqarlı Aytac Sədrəddin qızı – “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin müavini;
3. Ömərov Asəf Məmməd oğlu – Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi;
4. Qəniyeva Qalina Sədirovna – Azərbaycan Tibb Universitetinin nümayəndəsi;
5. Abdullayev Elnur Əbdülhüseyn oğlu – “Azərbaycan Bitki Mühafizəsi Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası”nın sədr müavini;
6. Məhərrəmova Mehriban Həmid qızı – Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi;
7. Qulubəyov Fuad Mamay oğlu – “Ət və Ət Məhsulları İstehsalçıları” İctimai Birliyinin qanuni təmsilçisi.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılan məşvərətçi qurumdur.

Seçilən
11
qht.az

1Mənbələr