Yazını böyüt
Yazını kiçilt
Dünyanın ən güclü ordularının siyahısı tərtib edilib. Siyahı dünya üzrə 145 ölkənin hərbi potensialının qiymətləndirilməsi yolu ilə hər il belə bir reytinq hazırlayan analitik mənbə olan Global Firepower tərəfindən tərtib edilib.
Hafta.az yazır ki, bir ölkənin qlobal hərbi güc reytinqindəki yeri yalnız əsgər və hərbi texnikanın nominal sayı deyil, həm də iqtisadi və demoqrafik potensial da daxil olmaqla 60-dan çox göstəriciyə görə qiymətləndirilir.
Global Firepower-ə görə, dünyanın ən güclü ilk on ölkəsi bunlardır:
1. ABŞ, 2. Rusiya, 3. Çin, 4. Hindistan, 5. Cənubi Koreya, 6. Fransa, 7. Yaponiya, 8. Böyük Britaniya, 9. Türkiyə, 10. İtaliya.