AZ

Xalqla dialoq quraraq və onların haqlı şikayətlərini qəbul edərək prosesdən çıxmalıyıq: İran hökumət rəsmisi




"Xalqla dialoq quraraq və onların haqlı şikayətlərini qəbul edərək bu prosesdən çıxmalıyıq”.

Newscenter.az İran mediasına istinadən bildirir ki, bunu İran hökumətinin sözçüsü Fatma Mohacerani deyib. O, hökumətin etirazlara fərqli yanaşma sərgilədiyini və dinc nümayişlərin liderləri ilə görüşlər keçirdiyini vurğulayıb. Mohacerani tələbələrə qarşı sərt mövqe tutan bəzi universitet rəhbərlərinin işdən çıxarıldığını qeyd edib.

"Etirazlar və zorakılıq aktları ilə bağlı araşdırmalar davam edir və bu məsələ ilə bağlı hesabatlar yaxın günlərdə dərc olunacaq",-deyə hokumət rəsmisi bildirib.

Mohacerani ölkəsinin xalqla ünsiyyət quraraq bu çətin dövrlərin öhdəsindən gələcəyinə inandığını vurğulayıb.

Anar
Seçilən
34
1
newscenter.az

2Mənbələr