AZ

Trampın keçmiş müşaviri: “ABŞ-nın İranı vurması real ssenaridir”

“İran hakimiyyətinin etirazçılara qarşı zorakı müdaxiləsi fonunda Vaşinqtonun hərbi güc tətbiq etməsi real ssenaridir”.

Turkustan.az xəbər verr ki, bunu India Today TV-yə müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib.

Bununla yanaşı, o, ABŞ Prezidenti Donald Trampın xarici siyasət qərarlarının ardıcıl strategiyaya deyil, daha çox impulsiv və şəxsi maraqlara əsaslandığını vurğulayıb.

Keçmiş müşavir söyləyib ki, əgər məqsəd İranda rejim dəyişikliyinə nail olmaqdırsa, tək bir hərbi zərbə yetərli olmayacaq. O, daha genişmiqyaslı və planlı strategiyanın vacibliyini vurğulayaraq bildirib ki, ardıcıl zərbələr İran rejiminin nüvə proqramı və terror fəaliyyəti imkanlarını zəiflədə, eyni zamanda ölkə daxilində repressiya mexanizmlərini sarsıda bilər.

Qeyd edək ki, Con Bolton Donald Tramoın birinci prezidentlik dönəmində onun milli təhlükəsizlik müşaviri olub. Lakin Şimali Koreya, Əfqanıstan və İranla bağlı məsələlərdə fikir ayrılıqlarından sonra 2019-cu ilin sentyabrında istefaya göndərmişdi./Yeni Sabah/

Seçilən
18
2
turkustan.az

3Mənbələr