Bakı, 27 yanvar, AZƏRTAC
Türkiyənin “Kasımpaşa” komandasında ayrılıq yaşanıb.
AZƏRTAC İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub macarıstanlı müdafiəçi Attila Salai ilə vidalaşıb.
Mövsümün əvvəlində Almaniyanın “Hoffenhaym” komandasından icarəyə götürülən oyunçunun müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Attila Salai vaxtilə Türkiyədə “Fənərbağça”nın da formasını geyinib.