AZ

Qadın 26 yaşında başladığı iş yerindən 91 yaşında ayrıldı

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Yaponiyada qəribə hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, Yasuko Tamaki adlı qadın qeyri-adi əmək fəaliyyəti ilə "Ginnesin Rekordlar Kitabı"na imza atıb.

26 yaşında bir şirkətdə ofis meneceri kimi fəaliyyətə başlayan qadın həmin işdən 91 yaşında ayrılıb.

1930-cu ildə doğulan Tamaki 1956-cı ildə vint ticarəti sahəsində fəaliyyət göstərən "Sunco Industries" şirkətində işə başlayıb. Uzun illər ərzində şirkətdən ayrılmadan ofis meneceri kimi çalışan Tamaki sədaqəti və peşəkarlığı ilə seçilib.

O həm də intizamlı həyat tərzi ilə diqqət çəkir. Hər gün səhər saat 05:30-da oyanaraq axşam 17:30-a qədər davam edən sabit iş rejimini mükəmməl şəkildə icra edib.

Şirkətdə maaş və mükafatların hesablanması, vergi tutulmaları və mühasibat əməliyyatlarına cavabdeh olan Tamaki müasir texnologiyalardan da istifadə etməyi bacarır. O, "Microsoft Excel" proqramı ilə işləyir, sosial şəbəkələrdən rahatlıqla istifadə edə bilir.

Həftədə 5 gün, gündə 7,5 saat çalışan Tamaki iş rejimi baxımından digər əməkdaşlardan geridə qalmır.

"Ginnesin Rekordlar Kitabı"na düşən Tamaki "Bu müddət ərzində sadəcə üzərimə düşən işi gördüm. Nə deyəcəyimi bilmirəm. Həqiqətən çox duyğulandım" -deyə qeyd edib.

Yasuko Tamaki artıq təqaüdə çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
baku.ws

1Mənbələr