AZ

Vernidub qəti şəkildə tələb edir – “O, mənə lazım deyil”

“Neftçi”nin kamerunlu ulduz futbolçusu Vensan Abubakar baş məşqçinin planlarına daxil deyil.

İdmanxeber.az-a verilən məlumata görə, Yuri Vernidub təcrübəli forvardı heyətdə düşünmür. O, Abubakarı əsas heyət oyunçusu kimi görmür.

Kamerunlu hücumçu özü də bundan xəbərdardır. Bu səbəbdən də ulduz oyunçu yeni klub axtarışındadır.

Futbolçunun meneceri onu Səudiyyə Ərəbistanı klublarına təklif edib. Ərəblər Abubakara maraq göstərsə, forvard “Neftçi”dən ayrılacaq.

34 yaşlı hücumçu “ağ-qaralar”ın heyətində bütün turnirlərdə 11 oyun keçirib və 5 qol vurub.

Seçilən
8
idmanxeber.az

1Mənbələr