Keçmiş referi Mark Klattenburq Hakimlər Komitəsini (PGMOL) qaydaları dəyişdirməyə çağırıb.
Offsideplus.az xəbər verir ki, o, qapıçıların bloklanmasının qayda pozuntusu ilə cəzalanmalı olduğunu düşünür:
"Aydındır ki, bu məsələ artıq çox yayılıb, klublar bütün mümkün üstünlükləri əldə etmək üçün standart zərbələrdə ixtisaslaşmış məşqçiləri işə cəlb edirlər.
Bu, PGMOL və Premyer Liqanın həll etməli olduğu bir məsələdir və qapıçının bloklanması cərimə zərbəsi ilə cəzalandırılmalıdır.
Bəli, əvvəlcə daha çox qayda pozuntusu veriləcək, amma komandalar bu taktikadan istifadə etməyə icazə verilməyəcəyini anladıqdan sonra ondan imtina edəcəklər. Belə ki, hakimlər cəzalandırdıqları üçün Çempionlar Liqasında bu taktikadan daha az istifadə edildiyini görürük".