AZ

İranda ölənlərin sayı 6 mini keçdi

İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər üzündən baş verən etirazlarda ölənlərin sayının 6126-ya çatdığını bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər üzündən baş verən etirazlarda ölənlərin sayının 6126-ya çatdığını açıqladı.

HRANA-nın məlumatına görə, ölkənin müxtəlif yerlərində baş verən hadisələr nəticəsində 41.880 nəfər saxlanılıb. Nümayişlər zamanı baş verən toqquşmalarda 214 təhlükəsizlik işçisi də daxil olmaqla 6.126 nəfər həyatını itirib.

HRANA dünən ölənlərin sayının 5848-ə çatdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
3
turkustan.az

4Mənbələr