Xalq artisti Aygün Kazımova ötən gün 55 yaşını qeyd edib.
Sənətçi AZXEBER.COM-a müsahibəsi zamanı ad günü öncəsi əməliyyat masasına yatdığını bildirib.
Kazımova hansı əməliyyatı etdirdiyini isə açıqlamayıb:
"Doğum günü öncəsi bizim əlləri qızıl həkimlərimizin əlinin altına uzuanmışam, özümə bir az əl gəzdirmişəm. Hansı əməliyyatı etdirməyim isə gizli qalsın".
Sənətçi ilk təbriki necə aldığından danışıb:
"İlk təbriki təbii ki, qızım İlqarə etdi. Saat 00:00-da əlində tort ilə otağıma gəldi. Mən düşünmüşdüm ki, əməliyyatdan çıxmışam, bəlkə o da unudar. Amma unutmadı. Ən özəl təbrikimi də, evdən çıxmamışdan öncə aldım. O təbriki çox gözləyirdim. Amma bu, şəxsi həyatla bağlı deyil. Ürəyim isə boş deyil, orada sizlər varsınız".