AZ

Ukrayna müharibəsi dünyanı dəyişdi: Diplomatik cəbhədə...

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynada davam edən müharibə qlobal geosiyasi, iqtisadi və təhlükəsizlik arxitekturasını geri dönməz şəkildə yenidən formalaşdırıb.

"Cebheinfo.az" xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” qəzetində dərc olunan analitik yazıya görə, hətta mümkün sülh sazişi belə bu əsas dəyişiklikləri artıq geri qaytara bilməyəcək.

Məlumatda diplomatik cəbhədə müəyyən irəliləyişlərin qeydə alındığı vurğulanır.2022-ci ildən bəri ilk dəfə olaraq Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli təmaslar baş tutub və Vaşinqtonda razılaşmanın yaxınlaşdığına dair açıqlamalar artıb.

Bildirilir ki, tərəflər arasında ən çətin və həssas məsələ olan ərazi məsələsində mühüm yaxınlaşma əldə olunub. Müharibənin iqtisadi nəticələrinin uzunmüddətli xarakter daşıdığı xüsusi qeyd olunur. Avropanı sarsıdan enerji şoku inflyasiyanı gücləndirib və sənaye sektoruna ciddi zərbə vurub.

Qiymətlərin aşağı düşməsinə baxmayaraq, enerji bazarlarının müharibədən əvvəlki normalara qayıda bilmədiyi və struktur pozuntularının qalıcı xarakter aldığı bildirilir.

Qeyd olunur ki, potensial sülh bazarların sabitləşməsinə və logistikanın bərpasına kömək edərək təzyiqləri azalda bilər, lakin əvvəlki düzənə dönüş mümkün deyil. 

Avropa və ABŞ-də militarizasiya prosesinin sürətlənməsi, hərbi xərclərin artması və bloklaşma əsasında qütbləşmənin yeni norma halına gəlməsi əsas nəticə kimi göstərilir.

Artıq Ukrayna münaqişəsi qlobal sistemi dərindən dəyişdirən qalıcı bir həddə çevrilib və gələcək artan gərginliklər və yenidən müəyyənləşdirilən ittifaqlar fonunda formalaşacaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr