2025-ci ilin sosial göstəriciləri
QHT.az xəbər verir ki, yazılı və e-qaydada, “142” Çağrı mərkəzi və sosial şəbəkələr vasitəsilə edilmiş 2,1 milyon vətəndaş müraciəti cavablandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında ötən il 1,9 milyon vətəndaşın qəbulu həyata keçirilib.
Onlardan 200 minə yaxın şəxs Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1,7 milyon şəxs Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edilib.
Həmçinin 2025-ci ildə 2,1 milyon (o cümlədən yazılı və e-qaydada 532 min, sosial şəbəkələr üzərindən 85 min, “142” Çağrı mərkəzi vasitəsilə 1,5 milyon) vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.