Ermənistan Azərbaycandan şəkər idxal EDƏCƏK
Ajans.az Hraparak qazetinə istinadən xəbər verir ki, keçmiş parlament üzvü və ölkənin şəkər idxal bazarında inhisarçı iş adamı Samvel Aleksanyan yaxın gələcəkdə Ermənistana şəkər idxal etməyi planlaşdırır. Bundan əlavə, o, Azərbaycandan dördüncü dərəcəli taxıl və dizel yanacağı da idxal etməyi nəzərdə tutur. Qəzet qeyd edir ki, taxıl idxal edən şirkət Samvel Aleksanyana məxsusdur, yanacaq idxalında isə iş adamının həyat yoldaşının qardaşının “Shisha World” şirkəti iştirak edir.