AZ

Yıldız "Yuventus"la yeni müqavilə imzalayacaq

“Yuventus” klubunun cinah futbolçusu Kənan Yıldızla yeni müqavilə üzrə danışıqlar apardığı xəbər verilib.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumata görə, tərəflər əməkdaşlığı 2031-ci ilə qədər uzatmaq üzrə razılığa yaxındır.

20 yaşlı türk futbolçunun illik maaşı 6 milyon avro təşkil edəcək. Hazırkı müqavilə isə 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, Yıldızın bazar qiyməti 75 milyon avrodur.

Bu mövsüm Yıldız İtaliya çempionatında 21 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
37
90deqiqe.az

1Mənbələr