Bakı. Trend:
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlarkeçirilib. Tədbir zamanı 38 yaşlı Azad Fərəcov və əvvəllər məhkumolunan 41 yaşlı Mikayıl Səlimov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, A.Fərəcovdan 3 kiloqram 175 qram tiryək, 7kiloqram 340 qram marixuana, 800 ədəd metadon həbi, M.Səlimovdanisə 2 kiloqram 10 qram heroin və metamfetamin, eləcə də 8 kiloqram75 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosialşəbəkədə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İranvətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisindəmüxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Sonuncu əməliyyat zamanı 20 kiloram 637 qram narkotik vasitədövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işləri başlanılıb. A.Fərəcov və M.Səlimovbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşlarıtərəfindən 36 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuzdövriyyədən çıxarılıb.