AZ

Qida təhlükəsizliyi sahəsində yeni normativ sənədlər hazırlanıb

Qida təhlükəsizliyi sahəsində sanitariya normalarının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni normativ sənədlər hazırlanıb.

XQ xəbər verir ki, Agentlik Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nda dəyişiklik layihəsi və “Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” üzrə yeni layihə hazırlanıb.

Layihələrin hazırlanmasında həm Kodeks Alimentarius Komissiyasının tövsiyələri, həm də Avropa Komissiyasının müvafiq reqlamentləri nəzərə alınıb. Sanitariya normalarının beynəlxalq tələblərə uyğunlaşdırılması inkişaf etmiş ölkələrin bazarlarına çıxışı asanlaşdıracaq, ölkəmizin qeyri-neft sektorunun, xüsusilə heyvan mənşəli qida məhsullarının ixrac potensialının artırılmasına mühüm töhfə verəcəkdir.

Qeyd edək ki, Agentlik tərəfindən texniki normativ hüquqi aktlar beynəlxalq standartlar, elmi, texnoloji yeniliklər əsasında hazırlanır və ətraf mühitə, canlı aləmə mümkün təsirlər nəzərə alınaraq mütəmadi yenilənir.

Seçilən
30
6
xalqqazeti.az

7Mənbələr