İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda "Hizbullah" hərəkatının üzvlərindən birinin idarə etdiyi motosiklə zərbə endirib.
"Far.Az" xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
Döyüşçü aldığı yaralardan hadisə yerində ölüb. Hadisə Tir şəhərinin cənub-şərqində, Deyr-Kanun və Batuliya yaşayış məntəqələri arasındakı şose yolunda baş verib.