AZ

Bu şəhərin altından torpaq qaçdı: Fövqəladə vəziyyət elan edildi

İtaliya hökuməti ötən həftə "Harri" qasırğasının vurduğu ölkənin qərbində və cənubunda, ümumi üç bölgədə fövqəladə vəziyyət elan edib.

Publika.az İtaliya mediasına istinadən xəbər verir ki, ötən həftə başlayan və hələ də davam edən "Harri" fırtınasının gətirdiyi güclü yağışlar, xüsusən də Siciliya adasında çoxsaylı torpaq sürüşmələrinə səbəb olur.

İtaliya Baş naziri Corcia Meloninin sədrliyi ilə keçirilən Nazirlər Şurası, "Harri" qasırğası səbəbindən ciddi maddi ziyana uğrayan Siciliya, Sardiniya və Kalabriyadakı vəziyyəti müzakirə edib. Bildirilib ki, "Harri" fırtınası ölkənin cənub sahillərinə yüz milyonlarla avro dəyərində ziyan vurub.

Adanın mərkəzi hissəsindəki Kaltanisetta əyalətində 25 min əhalisi olan Niscemi şəhərinin qərbindəki yamaclarda baş verən böyük torpaq sürüşməsi 4 kilometrlik hissədə çökməyə səbəb olub və bəzi evləri dağıdıb.

Seçilən
2
publika.az

1Mənbələr