AZ

Naxçıvanda 5 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Naxçıvan, 27 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 15 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 7 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən prosesdə nəqliyyat vasitələri üzrə 5 qalib müəyyənləşdirilib. Digər 10 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 12 fevral 2026-cı il tarixdə keçiriləcəkdir. Keçiriləcək hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azertag.az

1Mənbələr