“Azercell” abunəçilərinin şikayıtləri və narazılıqları artmaüda davam edir.
“”Azercell” yenə öz ampulasındadır.
Mənə keçən ay 4.90 AZN Digimax 5 Gb paketi təklif olundu, götürdüm. İndi yeniləmək istəyirəm, 12 AZN istəyir.
Bəlkə 7 dəfə çat açdım, xeyri olmadı. Operator da baxdı, baş açmadı.
Yaxşı ki, balans elə 5 azn idi. İndi mən fikir verməyib yeniləsəydim həmin paketi, 12 AZN çıxacaqdı balansdan.
Bu qədər olmaz da artıq. Hər şeyə susuruq millət olaraq, bunlar da bunun timsalında başımıza çıxır”.
Məsələ ilə bağlı “Azercell”in mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tribuna.az
