Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 yanvar tarixinə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 38,2%-i "AA" reytinqli olub.
Banco.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Məlumata görə, Fondun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 21,3%-i "AAA", 26,7%-i "A", 12,9%-i "BBB", 0,9%-i qeyri-investisiya reytinqli olub.
2025-ci ilin 1 yanvar tarixində istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 49,2%-i "AAA", 22,5%-i "AA", 17%-i "A", 10,9%-i "BBB", 0,4%-i qeyri-investisiya reytinqli olub.
Bizi sosial şəbəkələrdən izləyin!!