İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azexport.az” portalı Böyük Britaniyada yerləşən beynəlxalq media qurumu “Luxlife Magazine Ltd” tərəfindən təşkil olunan “Global Excellence Awards 2025” müsabiqəsində nüfuzlu mükafata layiq görülüb.Portal “İnnovasiya” nominasiyasında “2025-ci ilin qlobal bazarlara çıxış üzrə Cənubi Qafqazda ən yaxşı milli elektron ticarət platforması” (Best National Global Market Access eTrade Platform 2025 – South Caucasus) seçilib.Qiymətləndirmə zamanı “Azexport.az” portalında milli məhsullar üzrə vahid rəqəmsal reyestrin yaradılması, ixrac prosedurlarının “vahid pəncərə” prinsipi əsasında tam rəqəmsallaşdırılması, eləcə də “Digital Trade Hub” çərçivəsində elektron sənədləşmə, elektron imza, onlayn ixrac müraciəti, elektron ödəniş və transsərhəd rəqəmsal əməliyyatların uğurla inteqrasiyası xüsusi vurğulanıb. Bununla yanaşı, portalın “Amazon”, “Alibaba”, “eBay”, “JD.com”, “TradeKey” və digər aparıcı beynəlxalq elektron ticarət platformaları ilə inteqrasiyası Azərbaycan məhsullarının qlobal bazarlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.Qeyd edək ki, bu nailiyyət Azərbaycan Respublikasının ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirdiyi dövlət siyasəti ilə tam uzlaşır. www.azexport.az portalı yerli istehsalçıların beynəlxalq ticarətə inteqrasiyasını sürətləndirən əsas institusional və texnoloji platformalardan biri kimi çıxış edir.Müsabiqədə ayrı-ayrı ölkələrin milli elektron ticarət platformaları ilə yanaşı, beynəlxalq rəqəmsal ixrac sistemləri və qabaqcıl ticarət texnologiyaları təqdim edən qurumlar da iştirak edib. “Azexport.az” portalının bu nüfuzlu mükafata layiq görülməsi onun regional deyil, qlobal miqyasda rəqabətqabiliyyətli platforma olduğunu bir daha təsdiqləyir.Mənbə: https://lux-life.digital/winners/azexport-az/
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


